BAKI, 23 oktyabr. TELEQRAF

FIFA Qitələrarası Kubokunun 2026-cı il finalının keçiriləcəyi tarix açıqlanıb.

Teleqraf xəbər verir ki, bu barədə Fransanın PSJ klubunun rəsmi saytı məlumat yayıb.

Həlledici qarşılaşma dekabrın 16-da Qətərin Ər-Rayyan şəhərindəki “Əhməd bin Əli” stadionunda keçiriləcək.

Çempionlar Liqasının qalibi və turnirin son qalibi PSJ finalda “Çellencer Kuboku”nun qalibi ilə üz-üzə gələcək. Həmin mərhələdə Meksikanın “Deportivo Toluka” və Cənubi Afrikanın “Mamelodi Sandaunz” komandaları mübarizə aparacaq. “Deportivo Toluka” KONKAKAF Çempionlar Kubokunun, “Mamelodi Sandaunz” isə Afrika çempionudur.

Finalın digər iştirakçısı 2026-cı il Libertadores Kubokunun qalibi olacaq.

Qeyd edək ki, PSJ ötən il finalda Braziliyanın “Flamenqo” klubunu penaltilər seriyasında 2:1 hesabı ilə məğlub edərək Qitələrarası Kubokun qalibi olub. Görüşün əsas vaxtı 1:1 hesabı ilə başa çatıb.