BAKI, 2 iyul. TELEQRAF
Azərbaycan Milli Kitabxanasında "Ortaq İrs, Zəngin Xəzinə" adlı sərginin açılış mərasimi keçirilib.
Teleqraf xəbər verir ki, tədbirdə Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov, Mədəniyyət nazirinin müavini Səadət Yusifova və millət vəkilləri iştirak ediblər.
Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov bildirib ki, sərgidə Azərbaycan Milli Kitabxanasının fondunda qorunan nəşrlərlə yanaşı, türk dövlətlərinin kitabxanalarından gətirilmiş nadir kitablar da nümayiş olunur:
"Sərgi Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunub. Türkoloji Qurultayın əsas məqsədlərindən biri türk dünyasının elmi və mədəni birliyini möhkəmləndirmək olub və bu gün buna nail olmuşuq".