BAKI, 19 yanvar. TELEQRAF
Mingəçevir Dövlət Dram Teatrında 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə bağlı Bəxtiyar Vahabzadənin “Şəhidlər” poeması əsasında tamaşa hazırlanıb.
Teleqraf xəbər verir ki, bu barədə teatrın rejissoru Cavid Təvəkkül məlumat verib.
C.Təvəkkülün quruluş verdiyi “Şahidlər” adlı teatral kompozisiyanın ikinci rejissoru İbrahim Türksoydur.
Teatrın aktyorlarının ifasında təqdim olunacaq teatral kompozisiya yanvarın 20-də nümayiş etdiriləcək.