BAKI, 27 oktyabr. TELEQRAF

2026-cı ilin sentyabrın sonuna Azərbaycanda fəaliyyətdə olan bankların cəmi aktivləri 7 milyard 484 milyon manat və ya 13.3% artaraq 63 milyard 621.7 milyon manata bərabər olub.

Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bank məlumat yayıb.

Bildirilib ki, bankların cəmi öhdəlikləri 55 milyard 783 milyon manat, balans kapitalı 7 milyard 838.7 milyon manat olub. Sentyabr
ayında bankların cəmi aktivləri 1.8%, cəmi öhdəlikləri 1.9%, balans kapitalı isə 1.1% artıb.