YEVLAX, 25 sentyabr. TELEQRAF

Ölkə üzrə postmüharibə dövründə şəhid ailələri və müharibə əlillərinə 7300-dən çox, ümumilikdə isə ötən dövr ərzində 16 mindən çox mənzil və fərdi ev verilib.

Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, bunu Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov Yevlax şəhərində MİDA yaşayış kompleksində mənzillərin təqdim olunması zamanı jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, mənzillərin Vətən müharibəsinin 6-cı ildönümü ərəfəsində təqdim olunmasının xüsusi əhəmiyyət kəsb etdiyini bildirib: "Şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə göstərilən sosial dəstək tədbirləri sadəcə mənzillərlə məhdudlaşmır. Onların reabilitasiya vasitələri, reabilitasiya və sosial xidmətlərlə təmin olunması da həyata keçirilir.

V.Behbudov eyni vaxtda Bakı şəhərində də mühüm bir sosial tədbirin keçirildiyini diqqətə çatdırıb: "Bu gün Bakıda müharibə əlillərinə növbəti avtomobillər təqdim olunur. Postmüharibə dövründə artıq 600-dən çox şəxs avtomobillə təmin edilib və bu proses davamlı xarakter daşıyır".