BAKI, 23 oktyabr. TELEQRAF

Milli Məclis daha bir beynəlxalq sənədi təsdiq edib.

Teleqraf xəbər verir ki, parlamentin bu gün keçirilən iclasında “Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi müzakirəyə çıxarılıb.

Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq təsdiq edilib.