MİNGƏÇEVİR, 1 fevral. TELEQRAF

Mingəçevirdə minik avtomobili ilə motosiklet toqquşub.

Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, hadisə gecə saatlarında Heydər Əliyev prospekti ilə M.Maqomayev küçəsinin kəsişməsində baş verib.

"Kia" markalı avtomobil ilə kuryerin idarə etdiyi motosikletlə toqquşub. 2004-cü il təvəllüdlü kuryer Həsənli Rəvan Daşqın oğlu müxtəlif bədən xəsarətləri alıb, o, ətrafdakıların köməyi ilə təcili xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma başlanıb.