AĞCABƏDİ, 29 yanvar. TELEQRAF
Ağcabədidə usta hamamda dəm qazından zəhərlənərək ölüb.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, hadisə Ağcabədi şəhəri ərazində baş verib.
Rayon sakini 1978-ci il təvəllüdlü Kənan Bayramov hamamda təmir işi görərkən dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı araşdırma aparılır.