CƏLİLABAD, 28 yanvar. TELEQRAF
Son günlər yağan qarın sürətlə əriməsi çaylarda sululuğun artmasına səbəb olub.
Teleqraf-ın Cənub bürosu xəbər verir ki, Cəlilabad rayonundan keçən Mişarçayda suyun səviyyəsi maksimum həddə yaxınlaşıb.
Çay üzərində yerləşən 4 su anbarı və 2 su tutarın hamısı dolub. Bu səbəbdən anbarlara daxil olan sular məcraya buraxılır. Hazırkı saatlara qədər çayın məcrasından çıxması halı qeydə alınmasa da, məcraya nisbətən yaxın bəzi çökək ərazilərə doğru suyun sızması müşahidə olunur.
Hazırda mümkün su basmalarının qarşısının alınması məqsədilə əksər qəza çıxışları aktiv vəziyyətə gətirilib.