TOVUZ, 27 yanvar. TELEQRAF
Tovuz rayonunun Düz-Cırdaxan kəndində Saqif Yusifova məxsus tikilidə baş verən yanğın söndürülüb.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, Fövqaladə Hallar Nazirliyinin (FHN) Yanğından Mühafizə Xidmətinin Tovuz Yanğından Mühafizə hissəsinin iki yanğınsöndürən texnikası və canlı qüvvəsi, polis əməkdaşları cəlb olunub.
Hadisə nəticəsində ümumi sahəsi 80 kvm olan tikilini. dam örtüyünün yanar konstruksiyaları yanıb.
Alov söndürülüb.
İlkin məlumata əsasən, hadisəyə tikiliyə quraşdırılan soba səbəb olub.
Faktla bağlı araşdırma aparılır.
***
16:52
Tovuz rayonunda vətəndaşa məxsus fərdi tikilidə yanğın başlayıb.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə rayonun Cırdaxan kəndində qeydə alınıb.
Hadisə yerinə iki yanğınsöndürən avtomobil və canlı qüvvə cəlb olunub.
Alovun söndürülməsi istiqamətində iş aparılır.
