ŞƏMKİR, 23 yanvar. TELEQRAF

Şəmkirdə ölümlə nəticələnən yol qəzasında xəsarət alanların vəziyyəti açıqlanıb.

Şəmkir Rayon Mərkəzi Xəstəxanasından Teleqraf-ın Qərb bürosuna verilən məlumata görə, yanvarın 26-da saat 22:50 radələrində Şəmkir rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə 4 nəfər (3-ü kişi, 1-i qadın) Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunublar.

Onlara bədənin müxtəlif nahiyələrinin sıyrığı və küt travması diaqnozu təyin edilib. Pasiyentlərin hər birinə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar.

Hadisə nəticəsində 1 nəfərin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb

***

10:10

Şəmkirdə bir nəfərin ölümü, daha bir nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, rayonunun İrmaşlı kənd sakini 1992-ci il təvəllüdlü Vüsal Rüstəmlinin idarə etdiyi "VAZ-2110" avtomobil Şiştəpə kənd sakini 1991-ci il təvəllüdlü Orxan Hüseynovun idarə etdiyi "Mitsubishi" markalı avtomobillə toqquşub.

Nəticədə "VAZ-2110" un sürücüsü hadisə yerində ölüb.

Həmin avtomobildə olan sərnişin 2020-ci il təvəllüdlü Adəm Rüstəmli isə xəsarət alıb.

Faktla bağlı araşdırma başlanılıb.