SAMUX, 26 yanvar. TELEQRAF
Samux sakininə kəsici-deşici alətlə xəsarət yetirən şəxs saxlanılıb.
Teleqraf-ın qərb bürosu xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində Samux rayon sakini M. İmranova kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən, Gəncə şəhər sakini 22 yaşlı Ruhlan Məmmədov saxlanılıb.
***
21:52
Samux sakini kəsici-deşici alətlə alınan xəsarətlə Gəncə şəhərində xəstəxanaya yerləşdirilib.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, xəsarət alan şəxs Muraz İmranovdur.
İlkin məlumata görə, hadisə Samuxun Qarayeri qəsəbəsində qeydə alınıb.
Məlumat üçün bildirək ki, M. İmranov qəsəbədə qəssab kimi çalışır.
Faktla bağlı araşdırma aparılır.