GƏNCƏ, 22 yanvar. TELEQRAF

Gəncədə üç avtomobilin iştirakı yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə Nizami prospektində baş verib.

"Opel", "Ford" və daha bir avtomobilin toqquşması nəticəsində 2000-ci il təvəllüdlü Səyyarə Məmmədova və 1996-cı il təvəllüdlü Yusif Məmmədov müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralılar Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə aparılıblar. Faktla bağlı araşdırma başlanılıb.