LERİK, 22 yanvar. TELEQRAF
Lerikdə intensiv qar yağması fərdi yaşayış evinə ziyan vurub.
Teleqrafın Cənub bürosu xəbər verir ki, hadisə rayonun Hamarmeşə kəndində qeydə alınıb.
Məlumata görə, Asəf Əlirza oğlu Muradova məxsus fərdi yaşayış evinin dam örtüyü qarın ağırlığına tab gətirməyəyərək dağılıb.
Hadisə zamanı evdə ailə üzvlərindən Şəhla və azyaşlı qızı Əsmər olub. Hadisədə xəsarət alan olmayıb. Evin əşyaları qonşuların köməyi ilə yaxınlıqdakı evə daşınıb.
Hadisə ilə bağlı aidiyyəti qurumlara məlumat verilib, ailə müvəqqəti olaraq qohumlarının evinə yerləşdirilib.
Qeyd edək ki, kənd ərazisinə 1 metrə yaxın qar yağıb.