GƏNCƏ, 21 yanvar. TELEQRAF
Gəncədə minik maşını ekskavatorla toqquşub.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə şəhərin Dəyirman dairəsi adlanan ərazisində qeydə alınıb.
"VAZ 2107" markalı avtomobil ekskavatorla toqquşması nəticəsində 1986-cı il təvəllüdlü Pərviz İsmayılova və onun yaşıdı Elşən Vəliyev Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib.
Hər iki şəxsə tibbi yardım göstərilib, vəziyyətləri kafidir.
Əraziyə yol polisi və təcili yardım briqadası cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.