MİNGƏÇEVİR, 19 yanvar. TELEQRAF

Mingəçevirdə xəttə olan avtobus sürücüsü döyülüb.

Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, hadisə 12 saylı şəhərdaxili avtobus marşurutunda baş verib.

Marşurut avtobusunun sürücüsü Rəşad Musayevi mübahisə zəminində sərnişin döyərək xəsarət yetirib.

Mübahisəyə səbəb sərnişinin əl işarəsinə sürücünün vaxtında avtobusu saxlamaması olub.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, xəsarətlə bağlı müvafiq ekspertiza təyin olunub, tərəflərin izahatları alınıb.