BAKI, 18 yanvar. TELEQRAF
GƏNCƏ, 18 yanvar. TELEQRAF
Gəncədə "Baku Bus"a məxsus sərnişin avtobusu yük avtomobili ilə toqquşub.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, qəza zamanı 1992-ci il təvəllüdlü Vüqar Verdiyev müxtəlif dərəcəli xəsarətlər alıb.
Yaralı xəstəxanalardan birinə yerləşdirilib, vəziyyəti orta-ağırdır.
***
19:47
Gəncədə "Kamaz" markalı yük maşını ilə sərnişin avtobusu toqquşub.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə şəhərin Atatürk prospektində qeydə alınıb.
Qəza yerinə dövlət yol polisi əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma başlanılıb.