FÜZULİ, 15 yanvar. TELEQRAF

Füzuli rayonunda əmi və qardaşı oğlu bədbəxt hadisə nəticəsində həyatını itirib.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Qarabağ kəndi ərazisində qeydə alınıb.

Kəndə işləməyə gedən əmi və qardaşı oğlu avtomobili işlək vəziyyətdə saxlayaraq yatıblar. Avtomobilin qızdırıcı sistemində yaranan karbonmonoksid qazı onların boğulmasına səbəb olub.

Hadisə nəticəsində 1977-ci il təvəllüdlü Hətəmov Bayram Cavan oğlu və onun qardaşı oğlu 1998-ci il təvəllüdlü Hətəmli Vüsal Natiq oğlu həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.