Estoniya Prezidenti Alar Karis Tvitterdə erməni həmkarı Vaaqn Xaçaturyanla görüşündən yazıb.

Teleqraf.com xəbər verir ki, ölkə başçısı görüşdə Ermənistan-Azərbaycan məsələsini müzakirə etdiklərini deyib.

“Qarabağ bölgəsindəki gərginliyi müzakirə etdik. Hər ikimiz razılaşdıq ki, nizamlanma sülh yolu ilə olmalıdır. Beynəlxalq ictimaiyyətin dəstəyi ilə danışıqlara, hərtərəfli və davamlı sülhə çağırırıq. Estoniya Avropa Birliyinin Ermənistan-Azərbaycan sərhədində monitorinq missiyasının işə salınmasını dəstəkləyir”, - Karis bildirib.