2022-ci il dekabrın 31-dən indiyədək Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına və Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsus ümumilikdə 451 avtomobil maneəsiz şəkildə hərəkət edib.

Teleqraf.com "Report"a istinadla xəbər verir ki, etirazların ilk günündə olduğu kimi, son 18 gündə də həmin maşınların toplanış yerində hərəkət etməsinə şərait yaradılıb.

Belə ki, həm minik, həm də yük maşınları Xankəndi-Laçın yolunun hər iki istiqamətinə keçid ediblər.