Hazırda havanın soyuq və şaxtalı olmasına baxmayaraq, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası davam edir.

Teleqraf.com “Report”a istinadla xəbər verir ki, aksiya yerinə bir qrup xarici media orqanlarının əməkdaşları gəliblər.

Hazırda onlar aksiyanın keçirilmə səbəbləri baradə də məlumatlandırılır.

Xarici KİV nümayəndələri hazırda toplanış yerindən çəklişlər edirlər, etirazçılar ekologiyanı qorumağa çağıran şüarlar səsləndirirlər.