Şuşadan keçən Xankəndi-Laçın yolunda Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus avtomobillərin növbəti dəfə hərəkət etməsinə şərait yaradılıb.
Teleqraf.com “Report”a istinadla xəbər verir ki, nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.
Belə ki, ümumilikdə 5 avtomobil Laçından Xankəndi istiqamətinə keçid edib.
Beynəlxalq təşkilata məxsus avtomobillərin içərisində erməni ailəsi və dərman preparatları var.
Bu, bir daha göstərir ki, humanitar məqsədli maşınların keçidi üçün heç bir məhdudiyyət yoxdur.