Xocavənddə Ermənistan ordusunun ikinci Qarabağ müharibəsində Azərbaycan hərbçiləri tərəfindən məhv edilmiş daha bir əsgərinin meyitinin qalıqları tapılıb.
Teleqraf.com Ermənistan mətbuatına istinadən xəbər verir ki, hərbçinin şəxsiyyəti məhkəmə-tibb ekspertizasından sonra müəyyənləşdiriləcək.
Bununla da Azərbaycanın işğaldan azad olunmuş ərazilərində qalıqları tapılan itkin düşmüş erməni hərbçilərin sayı 1 704 nəfərə çatıb.
Ermənistan ikinci Qarabağ müharibəsindəki itkilərinin real sayını hələ də tam açıqlamayıb.