BAKI, 23 avqust. TELEQRAF

Avqustun 22-də Qərbi Abşeron yatağındakı 50 saylı platformada iş prosesi zamanı baş vermiş bədbəxt hadisə nəticəsində SOCAR AQŞ-nin əməkdaşı Abbasov Nizami Ələddin oğlu həyatını itirib.

Bu barədə SOCAR AQŞ-dən Teleqraf-ın sorğusuna cavab olaraq bildirib.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Şirkət rəhbərliyi və kollektivi mərhuma Allahdan rəhmət diləyir, ailəsinə dərin hüznlə başsağlığı verir.