AĞCABƏDİ, 23 avqust. TELEQRAF

Ağcabədi rayonunda minik və yük avtomobillərinin toqquşması nəticəsində xəsarət alan şəxslərin kimliyi məlum olub.

Teleqraf-ın Qarabağ bürosunun əldə etdiyi məlumata görə, qəza zamanı “Hyundai” markalı avtomobilin sürücüsü, 1996-cı il təvəllüdlü Rəhimov Göyüş Tahir oğlu və nəqliyyat vasitəsində olan sərnişinlər — 1958-ci il təvəllüdlü Abdullayeva Gülsənəm Abı qızı, 1986-cı il təvəllüdlü Abdullayeva Sevda Adil qızı və 2003-cü il təvəllüdlü Bayramlı Vüqar Cavid oğlu müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırmalar davam etdirilir.

***

Ağcabədi rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, qəza rayonun Ağabəyli kəndi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Hyundai” markalı minik avtomobili qarşıdan gələn “ISUZU” markalı yük avtomobili ilə toqquşub. Toqquşmanın təsirindən yük avtomobili aşıb, minik avtomobili isə yoldan çıxaraq yol kənarına düşüb.

Qəza zamanı “Hyundai” markalı avtomobildə olan 4 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.