BAKI, 23 avqust. TELEQRAF

Avqustun 23-də Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistana dövlət səfəri edib.

Teleqraf xəbər verir ki, “Daşkənd-Xumo” Beynəlxalq Hava Limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və xanımı Ziroatxon Mirziyoyeva qarşıladılar.