QAZAX, 23 avqust. TELEQRAF
Qazax rayonunda üç nəfərin ölümü, daha bir nəfərin isə ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsində vəfat edənlərin və yaralanan şəxsin kimliyi müəyyənləşib.
Teleqraf xəbər verir ki, hadisə zamanı 1958-ci il təvəllüdlü Səkinə Mustafayeva, 1968-ci il təvəllüdlü Məqsəd İbrahimov və 1959-cu il təvəllüdlü Fəxrəddin Mustafayev hadisə yerində dünyasını dəyişiblər. Qəza zamanı 1997-ci il təvəllüdlü Şəhadət Mustafayev isə ağır xəsarətlərlə Qazax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Hadisə yerinə polis əməkdaşları ilə yanaşı Fövqəladə Hallar Nazirliyinin (FHN) Qazax Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin xilasediciləri də cəlb olunub. Həlak olanların meyiti deformasiyaya uğramış avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, hadisə rayonun Xanlıqlar kəndi ərazisindən keçən avtomobil yolunda qeydə alınıb. "Mercedes" və "Opel" markalı minik avtomobilləri toqquşub.
Faktla bağlı araşdırma aparılır.
***
10:30
Qazax rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə rayonun Xanlıqlar kəndi ərazisindən keçən avtomobil yolunda qeydə alınıb.
Məlumata görə, "Mercedes" və "Opel" markalı minik avtomobilləri toqquşub. İlkin məlumata əsasən, qəza nəticəsində üç nəfər həlak olub.
Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub. Qəza zamanı ölənlərin şəxsiyyəti və hadisənin başvermə səbəbləri dəqiqləşdirilir.