GƏNCƏ, 23 avqust. TELEQRAF

Gəncə şəhərində qadın meyiti aşkar edilib.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, 1947-ci il təvəllüdlü Zemfira Məmmədovanın meyiti yaşadığı evdə tapılıb.

79 yaşlı qadının meyiti Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər Şöbəsinə yerləşdirilib. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma başlanılıb.