Sosial şəbəkələrin erməni seqmentində və Ermənistan mediasında Zəngəzur rayonun bir kəndinin Azərbaycana verilməsi haqda məlumat yayılıb.

Teleqraf.com xəbər verir ki, yayılan məlumatlarda adı açıqlanmayan kəndin Ermənistan-Azərbaycan sərhədlərində aparılan demarkasiya işləri ilə əlaqədar Azərbaycana veriləcəyi bildirilib.

İddia Ermənistanda etirazlara səbəb olub.

Sünik (Zəngəzur) qubernatorunun müavini Narek Babayan ortaya atılan iddialara cavab verib:

“Sünik bölgəsindəki hər hansı bir kəndin Azərbaycana verilməsi məsələsi müzakirə edilmir. Hazırda bölgənin heç bir yerində demarkasiya işləri aparılmır”.