BAKI, 26 avqust. TELEQRAF

Norveçin “Budo/Qlimt” və Avstriyanın LASK klubları UEFA Çempionlar Liqasının 2026/27 mövsümünün əsas mərhələsinə vəsiqə qazanıblar.

Teleqraf xəbər verir ki, “Budo/Qlimt” pley-off mərhələsində Niderlandın NEK klubunu iki oyunun nəticəsinə görə mübarizədən kənarlaşdırıb.

Norveç təmsilçisi rəqibinə hər iki qarşılaşmada qalib gəlib – 3:1 və 3:0.

LASK isə Şotlandiyanın “Seltik” klubu ilə ilk görüşdə 0:3 hesabı ilə məğlub olmasına baxmayaraq, cavab matçında geridönüş edib. Avstriya klubu əlavə vaxtdan sonra 5:1 hesablı qələbə qazanaraq əsas mərhələyə yüksəlib.

Bununla da Çempionlar Liqasının əsas mərhələsində iştirak edəcək 36 komandadan 32-si müəyyənləşib. Qalan dörd vəsiqənin sahibi avqustun 26-da keçiriləcək pley-off mərhələsinin cavab qarşılaşmalarından sonra bəlli olacaq.

Qeyd edək ki, Azərbaycanın “Sabah” klubu da tarixində ilk dəfə Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb.

Turnirin əsas mərhələsinin püşkatma mərasimi avqustun 27-də Monakoda keçiriləcək.