MİNGƏÇEVİR, 26 avqust. TELEQRAF
Mingəçevirdə beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində baş verən yanğının səbəbi məlum olub.
Teleqraf-ın Mərkəzi Aran bürosunun məlumatına görə, hadisə Üzeyir Hacıbəyov küçəsi, 72 ünvanında qeydə alınıb.
İlkin məlumata əsasən, yanğın mənzildəki soyuducunun elektrik xəttində baş verən qısaqapanma nəticəsində başlayıb.
Hadisə zamanı mənzildə heç kim olmayıb. Yanğınsöndürənlər evə qonşuda saxlanılan ehtiyat açarla daxil olublar. Bildirilib ki, mənzil sahibi olan qadın evdən gedərkən açarı qonşuya veribmiş.
Əraziyə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadası tərəfindən alovun söndürülməsi istiqamətində tədbirlər görülüb.
***
03:05
Mingəçevirdə çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.
Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, hadisə Üzeyir Hacıbəyov küçəsi, 72 ünvanında yerləşən beşmərtəbəli binanın birinci mərtəbəsində qeydə alınıb.
Hazırda mənzildə yanğın davam edir.
Alovun söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə briqadası cəlb olunub.
Yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.