BAKI, 26 avqust. TELEQRAF
"Mən nə deyə bilərəm ki? Artıq hər şey göz önündədir. Azarkeşlərə təşəkkür edirəm, hər birini qucaqlayıram. "Sabah" karyeramda işlədiyim ən yaxşı komandadır. Futbolçularım çox çətin işin öhdəsindən gəldilər. Artıq dünyanın ən güclü turnirinin əsas mərhələsinə vəsiqə qazanmışıq. Dünyanın ən xoşbəxt baş məşqçisiyəm".
Teleqraf xəbər verir ki, bunu “Sabah”ın baş məşqşisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının pley-off turunun “Hapoel”lə (Beer-Şeva, İsrail) cavab oyunundan sonra keçirilən mətbuat konfransında deyib.
"ÇL üçün 17 xarici oyunçu qeydiyyatdan keçirmişik. Əgər yeni transfer etməliyiksə, bu oyunçulardan biri iştirak ərizəsindən çıxarılmalıdır. Sizcə, bu oyunçulardan hansı buna layiqdir?", - deyə mütəxəssis bildirib.
Dambrauskas Çempionlar Liqasının əsas mərhələsinin püşkü barədə bunları deyib:
"Püşkdə hansı komanda düşür-düşsün, bizim istəyimiz elə də vacib deyil. Önəmli olan böyük komandalara qarşı oynayacağıq. Gələcəkdə nə baş verəcəyini gözləyəcəyik".
Qeyd edək ki, "Sabah" Bakıda İsrail klubunu 5:2 hesabı ilə məğlub edərək ÇL-in Liqa mərhələsinə vəsiqə qazanıb.