BAKI, 26 avqust. TELEQRAF
İngiltərə millisinin sabiq hücumçusu, dördqat İngiltərə çempionu Rahim Sterlinqi iki ilədək həbs cəzası gözləyə bilər.
Teleqraf xəbər verir ki, bu barədə Britaniyanın “The Sun” qəzeti məlumat yayıb.
Məlumata görə, 31 yaşlı futbolçu təhlükəli avtomobil idarə etməkdə ittiham olunur. Sterlinqə, həmçinin azot oksidi saxlamaq və analiz verməkdən imtina ilə bağlı ittihamlar irəli sürülüb.
Qeyd olunur ki, futbolçuya qarşı irəli sürülən ittihamlar üzrə onu iki ilədək həbs cəzası gözləyə bilər.
Rahim Sterlinq 2026-cı ildən Niderlandın “Feyenoord” klubunda çıxış edir. O, daha əvvəl “Liverpul”, “Çelsi”, “Arsenal” və “Mançester Siti” klublarının formasını geyinib.
Sterlinq “Mançester Siti”nin heyətində dörd dəfə İngiltərə çempionu olub, beş dəfə Liqa Kubokunu, bir dəfə isə İngiltərə Kubokunu qazanıb.
Futbolçu İngiltərə millisinin heyətində 2021-ci ildə Avropa çempionatının gümüş, 2019-cu ildə isə UEFA Millətlər Liqasının bürünc medalına sahib çıxıb.