Ermənilər AzTV-nin maşınını atəşə tutdu, xəsarət alan var - Foto/Video

  • 14 Oktyabr 2020 10:11

Ermənistan silahlı qüvvələri Tərtər rayonunda jurnalistləri atəşə tutub.

Teleqraf.com-un məlumatına görə, hadisə rayonun Düyərli kəndində baş verib. Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri (AzTV) QSC-nin çəkiliş qrupunun olduğu avtomobil qəfil atəşə tutulub.

Hadisə nəticəsində avtomobilin sürücüsü Namiq Qənbərov üz və qarın nayihəsindən xəsarət alıb, maşına ciddi ziyan dəyib.

Qarabağ