BAKI, 26 may. TELEQRAF
Naxçıvan MR və vətəndaş cəmiyyəti institutları üzrə məlumatlar cəlb olunub.
Teleqraf xəbər verir ki, bunu Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Bahar Muradova rəhbərlik etdiyi qurumun 2025-ci il üzrə məlumatını təqdim edərkən deyib.
O qeyd edib ki, 9 yeni istiqamət üzrə məlumatlar təhlilə cəlb edilib:
“Ən mühüm yenilik isə ilk dəfə olaraq gender bərabərliyi siyasətinin
- məhkəmə qərarları,
- media monitorinqləri,
- ali təhsil proqramları,
- sosial risk xəritələri ilə inteqrasiya olunmuş formada təhlil edilməsidir.
Bu isə dövlət idarəetməsində data əsaslı qərarvermə modelinin gücləndiyini göstərməklə, onun yalnız statistik məlumat toplusu deyil, idarəetməyə yön verən analitik platforma olduğunu ortaya qoyur”.
Komitə sədri bildirib ki, gender əsaslı və sosial risk göstəricilərində müşahidə olunan dinamika göstərir ki dövlətin tətbiq etdiyi profilaktik və preventiv mexanizmlər daha səmərəli nəticə verir.
Bu özünü
- müraciətlərin azalması,
- mühafizə orderlərinin artması,
- erkən müdaxilə
mexanizmlərinin genişlənməsi kimi bir-birini tamamlayan tendensiyalarda göstərir.
Bunu DK nə, müvafiq qurumlara, qaynar xətt xidmətlərinə daxil olan müraciətlər, nikah ,doğum, gender əsaslı cinayət və hüquqpozmaların hazırda slaydlarda təqdim olunan statistikası sübut edir.
Misal üçün: 18 yaşadək analar və erkən evlilik üzrə göstəricilərin son üç ildə təxminən 50%-ə yaxın azalması xüsusi qeyd olunmalıdır.
Bu nəticə yalnız hüquqi tədbirlərin deyil, həm də:
- təhsil sisteminin,
- yerli icra mexanizmlərinin,
- ailə institutunun güclənməsinin,
- ictimai davranış dəyişiminin ümumi sinerjisinin nəticəsidir”.