BAKI, 4 may. TELEQRAF
Yaşıllıqların götürülməsi (kəsilməsi), zədələnməsi və ya məhv edilməsi zamanı onların bərpa dəyərinin hesablanması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydaya uyğun olaraq bu bitkilərin cinsi, növü, yaşı və digər keyfiyyət göstəriciləri nəzərə alınmaqla, həmin tarixə olan bazar qiymətləri əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
Teleqraf xəbər verir ki, bu məsələ Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.
Beləliklə, mövcud qanunun müvafiq maddələrində nəzərdə tutulan hallarda yaşıllıqların götürülməsinə, nəzərdə tutulan halda isə kol, gül-çiçək və ot bitkilərinin kəsilməsinə görə bərpa dəyəri ödənilmir.