BAKI, 4 may. TELEQRAF
Mayın 3-də Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonq ölkəmizə səfərə gəlib.
Teleqraf xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
Heydər Əliyev Beynəlxalq Hava Limanında qonağı Milli Məclis Katibliyinin rəisi Teymur Tağıyev, Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Qalib İsrafilov və protokol əməkdaşları qarşılayıblar.