BAKI, 29 aprel. TELEQRAF
Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov “Temu” satış platformasından sifariş olunan məhsulların gömrük yoxlamaları zamanı yaranan gecikmələrə aydınlıq gətirib.
Teleqraf-ın məlumatına görə, Komitə sədri bildirib ki, Azərbaycanda birdən-birə “Temu”dan alınan yüklərin həcmi artıb.
"Bizə elektron məlumat verilmədən, süni şəkildə yüklər gətirilib hava limanına qoyuldu. Hava limanına gələn əmlakı yoxlamaq lazımdır, axı. Birdən- birə yüklər 400 ton qalxdı. Çünki başqa məqsədlər üçün də gətirilə bilərdi. Biz dəqiqliklə yoxlamasaq, deyəcəklər gömrük baxmır. "Temu" ilə bağlı məsələ isə iki həftə ərzində oldu. “Temu”dan gətirilən məhsulların gömrük gecikməsi oldu, amma artıq öz resurslarımızla o məsələni həll etdik",- Şahin Bağırov əlavə edib.