BAKI, 29 aprel. TELEQRAF
Qismən azadolma ilə idxal edilən malların qalıqları rəsmiləşdirilərkən əvvəl ödənilmiş gömrük rüsumları və vergilər gömrük borcunun hesablanmasında nəzərə alınacaq.
Teleqraf xəbər verir ki, sözügedən məsələ Gömrük Məcəlləsinə təklif edilən dəyişiklik layihəsində əksini tapıb.
Layihəyə əsasən, gömrük ərazisində son istifadə ilə əlaqədar gömrük rüsumlarından və vergilərdən qismən azad olunmaqla sərbəst dövriyyəyə buraxılmış, o cümlədən həmin ödənişlərdən qismən azad olunmaqla müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilməsi, yaxud onların məhv edilməsi nəticəsində yaranan qalıqların və tullantıların gömrük rəsmiləşdirilməsi zamanı gömrük borcu hesablanarkən həmin mallara görə əvvəllər ödənilmiş gömrük rüsumlarının və vergilərin məbləği nəzərə alınacaq.