BAKI, 29 aprel. TELEQRAF
Barəsindəki məlumatlar reyestrə daxil edilmiş tez xarab olan malların gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi zamanı onların pirat və ya kontrafakt olması əlamətləri aşkar edilərsə, belə malların buraxılışı gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanının rəhbəri və ya onu əvəz edən şəxsin qərarı ilə 3 (üç) iş günü müddətinə dayandırılacaq.
Teleqraf xəbər verir ki, sözügedən məsələ Gömrük Məcəlləsinə təklif edilən dəyişiklik layihəsində əksini tapıb.
Sənəddə qeyd olunur ki, müraciət edən şəxsin əsaslandırılmış müraciəti olduqda göstərilən müddət daha 3 (üç) iş
gününədək uzadılacaq.