BAKI, 29 aprel. TELEQRAF

Gömrükdən keçdiyi gündən 6 (altı) ay müddətində rəsmiləşdirilməmiş mallar və nəqliyyat vasitələri dövlət mülkiyyətinə keçiriləcək.

Teleqraf xəbər verir ki, bu məsələ Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu günki gündəliyinə öz əksini tapıb.

Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində yeni qaydalar mövcud olacaq.

Belə ki, gömrük sərhədini keçdiyi gündən 6 (altı) ay müddətində rəsmiləşdirilməmiş və ya rəsmiləşdirilməsi başa çatmamış mallar və nəqliyyat vasitələri dövlət mülkiyyətinə keçiriləcək.

Mövcud qanunvericiliyə görə, gömrük işi sahəsində cinayət işləri və digər hüquqpozmalar üzrə məhkəmənin qüvvəyə minmiş qərarına əsasən müsadirə edilmiş, habelə şəxsin dövlətin xeyrinə imtina etdiyi mallar və nəqliyyat vasitələri dövlət mülkiyyətinə keçirilir.