BAKI, 22 yanvar. TELEQRAF
Vərəmlə bağlı parlamentdə ictimai dinləmə keçiriləcək.
Teleqraf xəbər verir ki, bununla əlaqədar məsələ parlamentin Səhiyyə komitəsinin 2026-cı ilin yaz sessiyası üçün iş planına daxil edilib.
Qeyd edilib ki, dinləmə "Azərbaycanda vərəmlə mübarizə: mövcud vəziyyət, problemlər və onların həlli yolları" mövzusuna həsr ediləcək.