BAKI, 11 oktyabr. TELEQRAF

Tanzaniyanın ərazi sularında, Nyasa gölündə bərənin yanaraq partlaması və batması nəticəsində azı 3 nəfər ölüb, 40 nəfər xilas edilib.

Teleqraf xəbər verir ki, “The Tanzania Times” qəzeti Tanzaniyanın Ruvuma bölgəsinin polis komissarı Peresi Majiriyə istinadən məlumat yayıb.

Məlumata görə, Mozambikdə qeydiyyatdan keçmiş “MV Chambo” adlı gəmi əvvəlcə alışıb, daha sonra partlayaraq batıb.

İlkin məlumatlara əsasən, gəminin göyərtəsində 44 nəfər olub. Onlardan 40-ı xilas edilib, 3 nəfər həyatını itirib, daha bir nəfərin taleyi isə naməlum olaraq qalır. Ölənlərin Malavi, Mozambik və Tanzaniya vətəndaşları olduğu bildirilir.

Hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir.