BAKI, 11 oktyabr. TELEQRAF
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə enerji sahəsində atəşkəs barədə razılaşmanın elan edilməsinin onun üçün gözlənilməz xəbər olduğunu bildirib.
Teleqraf xəbər verir ki, Zelenski bu barədə jurnalist Barak Ravidə açıqlamasında deyib.
“Enerji atəşkəsinin elan edilməsi mənim üçün xəbər oldu. Amma ruslar enerji sahəsində atəşkəslə razılaşarsa, Ukrayna da razılaşacaq. Əgər prezident Tramp bununla bağlı Putinlə razılaşıbsa, xahiş edirəm, bizə məlumat verin”, - deyə Zelenski bildirib.
Qeyd edək ki, bundan əvvəl ABŞ prezidenti Donald Tramp Rusiya və Ukrayna arasında enerji atəşkəsinin başladığını açıqlayıb.