BAKI, 11 oktyabr. TELEQRAF
Oktyabrın 7-11-də Qəbələ–Xankəndi istiqamətində 192 kilometr məsafəni əhatə edən ultramarafon keçirilib.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Teleqrafa-a verilən məlumata görə, tədbir müddətində iştirakçıların təhlükəsizliyinin təmin olunması məqsədilə marşrut boyunca nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin, Dövlət Yanğından Mühafizə Xidmətinin və Dövlət Yanğın Nəzarəti Xidmətinin canlı qüvvə və texnikası ərazilərə cəlb olunub.
Ultramarafonun keçirildiyi müddətdə hər hansı fövqəladə hadisə baş verməyib.