BAKI, 22 yanvar. TELEQRAF
Milli Məclisdə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr edilən konfrans keçiriləcək.
Teleqraf xəbər verir ki, bununla bağlı parlamentin Gənclər və idman komitəsinin 2026-cı ilin yaz sessiyası üzrə iş planına daxil edilib.
Qeyd edilib ki, konfrans "Azərbaycan gəncliyi və Heydər Əliyev" mövzusunda, gənclər təşkilatları ilə birgə nəzərdə tutulur.