BAKI, 22 yanvar. TELEQRAF

Milli Məclisin Gənclər və idman komitəsinin yaz sessiyası üzrə ilk iclası keçirilir.

Teleqraf xəbər verir ki, komitə iclasının bugünkü gündəliyinə iki məsələ daxil edilib.

Bunlar 2025-ci ilin payız sessiyası dövründə Milli Məclisin Gənclər və idman komitəsində görülən işlər barədə hesabat və komitənin 2026-cı il yaz sessiyası üçün iş planının layihəsidir.