BAKI, 21 yanvar. TELEQRAF
Milli Məclisdə siyasi partiyaların mövcud durumu ilə bağlı ictimai müzakirə keçiriləcək.
Teleqraf xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin 2026-cı il yaz sessiyası üçün iş planına daxil edilib.
İş planında qeyd edilib ki, həmçinin, dini abidələrin və ictimai birliklərin mövcud durumu ilə bağlı da ayrı-ayrılıqda ictimai müzakirələrin keçirilməsi planlaşdırılır.