BAKI, 21 yanvar. TELEQRAF
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin yaz sessiyası üzrə ilk iclası keçirilir.
Teleqraf xəbər verir ki, iclasın gündəliyinə iki məsələ daxil edilib.
Komitənin bugünkü iclasında ilk növbədə 2025-ci ilin payız sessiyası dövründə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində görülən işlər barədə hesabatı müzakirəyə çıxarılacaq.
Eyni zamanda Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin 2026-ci il yaz sessiyası üçün iş planının layihəsi də bugünkü iclasın gündəliyində yer alıb.