BAKI, 16 yanvar. TELEQRAF

"Ətrafımızda müharibələr, qarışıq işlər getdiyi bir zamanda Azərbaycan sabitlik adasıdır. Azərbaycanda təhlükəsizlik sistemi tam şəkildə qorunur, ordu quruculuğu möhkəmlənir".

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında komitə sədri Siyavuş Novruzov deyib.

O bildirib ki, Azərbaycan Silahlı Qüvvələrinin gücü artır, günü-gündən güclənir: "Eyni zamanda Azərbaycanda siyasi sistem möhkəmlənir. Çoxpartiyalı sistem öz nümunəsini göstərir".

"Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibədə regionlarla bağlı suala cavabında qeyd etdi ki, bir neçə struktur fəaliyyət göstərir və bu strukturların hansının effektivliyinin daha üstün olması ilə bağlı tapşırıq verilib, müvafiq işlər gedir", - deyə komitə sədri bildirib.